Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan basketbolu növbəti dəfə FIBA dərəcəli hakimlərimizlə Avropa arenasında təmsil olunacaq



Beynəlxalq hakimlərimiz, yeniyetmə oğlan və qız komandalarının iştirak edəcəyi Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.

BrendSport.az
xəbər verir ki, ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi 3 hakim - Urfan Bayramlı, Toğrul Həsənov, Ruslan Xalıqov və bir hakim-komissar Asif Bağışov müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda iş başında olacaqlar.

Urfan Bayramlı: FIBA U20 EuroBasket (B divizionu) | Slovakiya, 10–19 iyul

​Toğrul Həsənov: FIBA U20 qadınlar (Bolqarıstan, 4–12 iyul) və U18 qadınlar (Rumıniya, 31 iyul – 9 avqust) EuroBasket (B divizionu)

​Ruslan Xalıqov: FIBA U18 (Xorvatiya, 24 iyul – 2 avqust) və U16 Qadınlar (Slovakiya, 10–15 avqust) EuroBasket (B divizionu)

​Asif Bağışov: FIBA U16 EuroBasket (B divizionu) | Şimali Makedoniya, 6–15 avqust.


Facebook-da paylaş

Xəbəri paylaş