Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın basketbol hakimi Avropa Kubokunun oyununa təyinat alıb



Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov yeni təyinat alıb.

BrendSport.az
xəbər verir ki, referi Qadınlar arasında FIBA Avropa Kubokunun qrup mərhələsinin oyununu idarə edəcək.

O, bu gün Yunanıstanda “Panatinaikos” və Belçikanın “Mexelen” komandaları arasında keçiriləcək IV tur matçının baş hakimi olacaq.

Ə. Həsənova çexiyalı Martin Kutsirek və rumıniyalı Andrada Tseder kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş