Əsas Səhifə > Maraq > Azərbaycan basketbolu növbəti dəfə FIBA dərəcəli hakimlərimizlə Avropa arenasında təmsil olunacaq

Azərbaycan basketbolu növbəti dəfə FIBA dərəcəli hakimlərimizlə Avropa arenasında təmsil olunacaq


Bu gün, 14:49


Beynəlxalq hakimlərimiz, yeniyetmə oğlan və qız komandalarının iştirak edəcəyi Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.

BrendSport.az
xəbər verir ki, ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi 3 hakim - Urfan Bayramlı, Toğrul Həsənov, Ruslan Xalıqov və bir hakim-komissar Asif Bağışov müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda iş başında olacaqlar.

Urfan Bayramlı: FIBA U20 EuroBasket (B divizionu) | Slovakiya, 10–19 iyul

​Toğrul Həsənov: FIBA U20 qadınlar (Bolqarıstan, 4–12 iyul) və U18 qadınlar (Rumıniya, 31 iyul – 9 avqust) EuroBasket (B divizionu)

​Ruslan Xalıqov: FIBA U18 (Xorvatiya, 24 iyul – 2 avqust) və U16 Qadınlar (Slovakiya, 10–15 avqust) EuroBasket (B divizionu)

​Asif Bağışov: FIBA U16 EuroBasket (B divizionu) | Şimali Makedoniya, 6–15 avqust.
Geri qayıt