Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadınlardan ibarət Birləşmiş Futbol yığması Paris-2026 Dünya Kubokunda mübarizə aparacaq



Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası, 2026-cı il 6–11 iyul tarixlərində Fransanın Paris şəhərində keçiriləcək “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026”da ölkəmizi təmsil edəcək.

BrendSport.az
xəbər verir ki, turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Ümumilikdə 24 komanda – 12 kişi və 12 qadın komandası iştirak edəcək. Yarışlar inklüziv idmanın inkişafı, idmançılar arasında bərabər imkanların yaradılması və sosial inteqrasiyanın gücləndirilməsi məqsədini daşıyır.

Turnirdə qızlardan ibarət komandamız 7-yə 7 (7v7) formatında oyunlarda mübarizə aparacaq.

Azərbaycan yığma komandası B qrupunda Namibiya, Amerika Birləşmiş Ştatları və Qvatemala komandaları ilə mübarizə aparacaq.

Turnirin açılış oyunu Fransa və Seneqal milli komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə 11 iyul tarixində Parisdə yerləşən Stade Charléty stadionunda baş tutacaq.

Qadınlardan ibarət 11 nəfərlik yığma komandamız ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Hazırda komanda turnirə hazırlıq çərçivəsində texniki-taktiki yekun təlim-məşq toplanışı keçirir.










Facebook-da paylaş

Xəbəri paylaş