Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər üçün “POLİQON” Düşərgəsi: Qeydiyyat Elan Olundu



Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək düşərgənin məqsədi gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək, onların asudə vaxtını səmərəli təşkil etmək və şanlı Zəfər tariximizi gənc nəsil arasında təbliğ etməkdir.

BrendSport.az informasiya portalının Gənclər şöbəsi
xəbər verir ki, peşəkar təlimçilər tərəfindən keçiriləcək hərbi-simulyativ fəaliyyətlərdə iştirak edəcək gənclər həm nəzəri, həm də praktik bacarıqlar əldə edəcək, çətin tapşırıqlarda özlərini sınayacaq və unudulmaz düşərgə təcrübəsi yaşayacaqlar.

Məkan: Quba Olimpiya İdman, Təlim, Tədris və İstirahət Kompleksi
Tarix: 4–7 avqust 2026-cı il

İştirak şərtləri:
* 17–22 yaş aralığında fiziki hazırlıqlı;
* ⁠Hərbi xidmət keçməmiş;
* ⁠2026-cı il ərzində düşərgələrdə iştirak etməmiş;
* ⁠Hərbi düşərgədə iştirak etməmiş;
* Sağlamlıq haqqında arayışını təqdim etmiş (Müsahibədən uğurla keçdiyi təqdirdə 1 avqust tarixinə kimi təqdim etdiyi halda).

Qeydiyyatdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla başa vuran iştirakçılar (50 kişi, 50 qadın) düşərgədə iştirak hüququ qazanacaqlar.

Qeydiyyat üçün link: Gencler.az

Son müraciət tarixi: 15 iyul 2026, saat 18:00

Tədbir haqqında
Tarix: 2026-08-04 10:31:24

Ünvan: Quba Olimpiya İdman, Təlim, Tədris və İstirahət Kompleksi

İştirakçı sayı: 100 nəfər

Qiymət: Ödənişsiz

Tədbir növü: Keçiriləcək

Kateqoriya: Tədbir

Təşkilatçı: Gənclər və İdman Nazirliyi


Facebook-da paylaş

Xəbəri paylaş