Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında daha 2 bürünc medal



Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə millimiz daha 2 medal qazanıb.

Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya (6:1), Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya (8:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətovla (77 kq) Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş