Kevin Medina “Qarabağ” komandasından ayrılıb

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb.
BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında (İnstaqram) məlumat verilib.
"Təşəkkürlər, Kevin. Hər şey üçün təşəkkür edirik" - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, 33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçəcəyi bildirilir. “Qarabağ”dan QOL.az-a daxil olan xəbərə görə, Medina üçün sərfəli təklif olub. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.
Xatırladaq ki, Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyanın "Şaviş" klubundan transfer olunmuşdu.
Facebook-da paylaş





















