“Qarabağ”ın müdafiəçisi Konfrans Liqasının qrup mərhələsində ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb
UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.
BrendSport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb.
İyirmi səkkiz yaşlı kolumbiyalı futbolçunun 369 ötürməsi dəqiq alınıb. Medina bu nominasiyada 5-ci olub.
Niderlandın AZ komandasından Brunu Martins İndi (494) birinci, onun komanda yoldaşı Yordi Klasi (441) ikinci, İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Luis Ernandes (396) üçüncü, Norveçin "Budyo Qlimt" komandasından Marius Lode (392) dördüncü olublar.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.
Facebook-da paylaş