Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə klubu Kevin Medinanı avqusta qədər transfer etmək istəyir



Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı avqusta qədər transfer etmək niyyətindədir.

BrendSport.az
xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hasan Yavuz məlumat verib.

Klub rəsmisi bildirib ki, “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la oyunu gözləyiblər: “Medina çox dəyərli futbolçudur. Həm oyunçunun özü ilə, həm də “Qarabağ”la görüşümüz olub. Danışıqları yekunlaşdırmaq üçün “Linkoln”la görüşü gözləyirdik. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm”.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da mətbuata açıqlamasında Kevin Medina üçün ciddi təkliflər aldıqlarını açıqlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş