Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın legioneri Türkiyə klubu ilə anlaşıb



Türkiyənin "Çaykur Rizespor" komandası "Qarabağ"da çıxış edən Kevin Medina ilə anlaşıb.

BrendSport.az
xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, kolumbiyalı futbolçu Ağdam klubunun iyulun 11-də Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Qara dəniz təmsilçisinin düşərgəsinə qoşulacaq.

30 yaşlı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş