Azərbaycanın qadınlardan ibarət Birləşmiş Futbol yığması Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin çempionu oldu!
BrendSport.az xəbər verir ki, “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin final oyunu baş tutub. Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası finalda Amerika Birləşmiş Ştatlarının Xüsusi Olimpiya milli komandası ilə mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda yığmamız 3:2 hesabı ilə qələbə qazanaraq “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin çempionu adına layiq görülüb.
Bu möhtəşəm uğur münasibətilə idmançılarımızı, məşqçilərimizi və nümayəndə heyətimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda da yeni-yeni qələbələr arzulayırıq!





Facebook-da paylaş





















