Gənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışı
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş respublika müşavirəsi
Hörmətli müşavirə iştirakçıları,
Xanımlar və cənablar!
Mən sizin hər birinizi salamlayıram.
Bildiyiniz kimi, bu yaxınlarda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Bugünkü müşavirənin də məqsədi həmin konfransda cənab Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2018-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə birlikdə fikir mübadiləsi aparmaqdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, “son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik, təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.”
Hörmətli müşavirə iştirakçıları!
Təbii ki, ötən dövr ərzində bütün bu dövlət proqramlarının icra olunmasında Gənclər və İdman Nazirliyi, yerli idarələrimiz, digər tabe qurumlarımız da öz üzərlərinə düşən vəzifələrin şərəflə yerinə yetirilməsinə çalışmışdır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən gənclər evlərinin və olimpiya idman komplekslərinin tikintisi bizim əsas vəzifələrimiz kimi müəyyən edilmişdir.
2014-2017-ci illərdə Göy-Göl, Abşeron, Ağcabədi Olimpiya İdman Kompleksləri, Milli Gimnastika Arenası, Respublika Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Stend Atıcılığı üzrə İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, BMX Veloparkı tikilib istifadəyə verilmiş, Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, İdman Tennis Kompleksi yenidən qurularaq təmir edilmiş, Formula 1 üzrə Bakı Avropa Qran-Prisi ilə əlaqədar marşrut üzrə avtomobil yollarının standartlara uyğun dəyişdirilməsi, Azadlıq meydanında PİT binasının, TV yayım mərkəzinin, müvəqqəti qurğuların tikilməsi işləri həyata keçirilmişdir.
Bu obyektlərdə müxtəlif idman növləri üzrə tədbirlərin keçirilməsi üçün hər cür əlverişli şərait yaradılmışdır. İlk Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, birincilikləri məhz bu obyektlərdə yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.
Hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, 38-i isə regionlarda yerləşir. Qeyd etmək lazımdır ki, Qusar, Zaqatala, Şəki və Qazax Olimpiya İdman Kompleksləri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2017-ci ildə Gənclər və İdman Nazirliyinin balansına verilmişdir.
Nazirliyimizin tabeliyində olan olimpiya idman komplekslərində əhalinin bütün yaş qrupları, həvəskar və peşəkar idmançılar, milli yığma komandalar, eləcə də məhdud hərəkətli insanların idmanla məşğul olmaları üçün hər bir şərait yaradılmışdır. Komplekslərdə respublika və beynəlxalq miqyaslı yarışlar və müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları həyata keçirilir.
Bu il Beyləqan və Lənkəran Olimpiya İdman Komplekslərinin və Bakı şəhərinin Buzovna qəsəbəsində idman zalının, Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Növbəti ildə isə Tərtər və Goranboy Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi planlaşdırılmışdır.
Bu komplekslərin tikintisi ölkədə idmanın kütləviliyinin artırılması, gənclərin idmana cəlb olunması ilə yanaşı ölkəmizdə, əsasən də regionlarda turizmin inkişafına da müsbət təsir göstərir. Belə ki, Qax, Qusar, Şəki, Qəbələ, İsmayıllı və digər Olimpiya İdman Komplekslərində müasir tələblərə cavab verən mehmanxanaların, koteclərin olması, idman meydançaları və asudə vaxt mərkəzlərinin yaradılması, meşə zolağı, əlverişli təbiət buraya çoxlu sayda turistlərin cəlb edilməsinə səbəb olur.
Məlumat üçün bildirim ki, Gənclər və İdman Nazirliyinin tabeçiliyində olan olimpiya idman komplekslərindəki mehmanxana və koteclərdə 1291 yataq yerləri mövcuddur.
2014-2017-ci illərdə Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzində 18138 nəfər, Şəki Olimpiya İdman Kompleksində 8010 nəfər, İsmayıllıda 6538 nəfər, Qaxda 1100 nəfər, Qəbələ Olimpiya İdman Kompleksində 350 nəfər yerli və xarici turist yerləşdirilmiş və onlara yüksək səviyyədə xidmət göstərilmişdir. Bundan başqa müxtəlif idman tədbirləri, təlim-məşq toplantıları ilə əlaqədar isə bu komplekslərin xidmətindən on minlərlə idmançı istifadə etmişdir.
Bundan başqa Göy-Göl Olimpiya İdman Kompleksində həm idman yarışları, həm də turistlərin istirahətinin təşkili ilə bağlı bütün infrastruktur yaradılmışdır. Ötən il bu kompleksdə qadınlar arasında voleybol üzrə Avropa çempionatının oyunları yüksək səviyyədə təşkil edilmiş, oyunları zalda on min tamaşaçı izləmişdir.
Qeyd etdiyim kimi regionlarda Gənclər evlərinin tikilməsi də bizim əsas vəzifələrimizdəndir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş dövlət proqramları çərçivəsində 15-i Gənclər və İdman Nazirliyinin balansında olmaqla ümumilikdə bu günədək 40 Gənclər Evi istifadəyə verilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları təsdiq edilmişdir.
Bu şəbəkənin daha da genişləndirilməsi və daha çox gəncləri əhatə etməsi dövlət başçımızın da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, indiyədək istifadəyə verilmiş gənclər evlərindən 25-nin açılışında cənab Prezident şəxsən iştirak etmiş, 4 rayonda bölgə gəncləri ilə görüş keçirmişdir.
Hal hazırda daha 4 rayonda – Şəki, Bərdə, Quba və Şamaxı Gənclər Evinin tikintisi davam edir.
Təkcə 2017-ci ildə ölkəmizdə gənclər sahəsində 18, idman sahəsində isə 55 beynəlxalq tədbir keçirilmişdir ki, onlardan da bir neçəsi regionlarda təşkil edilmişdir.
Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu və Bakı şəhərində 41-ci Dünya Skaut Konfransı keçirilmişdir. Hər iki tədbirə 166 ölkədən 1500-dən artıq iştirakçı qatılmışdır ki, bu da skautlar hərəkatı tarixində ən yüksək nəticədir.
Naxçıvanda “Naxçıvan Open” beynəlxalq şahmat festivalı, Mingəçevirdə “Prezident kuboku” beynəlxalq turniri, bir neçə şəhər və rayonu əhatə etmiş velosiped idmanı üzrə “Tour de Azerbaijan”, Qəbələdə güllə atıcılığı üzrə dünya kuboku, Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş IV beynəlxalq şahmat super-turniri və digər tədbirlər də regionlarımızın inkişafına, insanların asudə vaxtlarının səmərəli təşkilinə, turizm üçün əlverişli olan bölgələrin tanıdılmasına xidmət edir.
Əsas vəzifələrimizdən biri də insanların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılmasıdır.
2014-2017-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən tikilmiş, yenidən qurulmuş və ya təmir edilmiş obyektlərdə, məsələn Respublika Milli İdman Tibb və Reabilitasiya İnstitutunda 176, Su İdmanı Sarayında 155, Heydər Əliyev adına İdman Konsert Kompleksində 120, Stend Atıcılığı üzrə İdman Kompleksində 117, Milli Gimnastika Arenasında 69 və digər obyektlər də daxil olmaqla ümumilikdə 918 nəfər daimi işlə təmin olunmuşdur.
Bu il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatacaq. İnanıram ki, il ərzində proqramın icrası ilə bağlı tərəfimizdən bütün tapşırıqlar vaxtında və yüksək səviyyədə icra olunacaqdır.
Təbii ki, qeyd etdiyim bütün bu uğurlar ölkə başçısı, cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən, xalqın sosial rifahına xidmət edən siyasəti sayəsində mümkün olmuşdur.
Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Bildiyiniz kimi, 2018-ci il ölkəmizdə növbəti prezident seçkiləri ilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 11 aprel 2018-ci il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir.
Seçkilərə az vaxt qalmasına baxmayaraq biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.
Mən əminəm ki, bütün Azərbaycan xalqı kimi, gənclərimiz və idmançılarımız da ulu öndərimizin siyasi xəttini bundan sonra da müdafiə edərək, möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşəcək, müstəqil, hüquqi, demokratik Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında, ərazi bütövlüyünün qorunmasında yaxından iştirak edəcəklər.
Diqqətinizə görə sağ olun.
Gənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışıGənclər və İdman naziri Azad Rəhimovun müşavirədə çıxışı
Facebook-da paylaş