Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və idman idarələri rəhbərlərinin iştirakı ilə Dövlət Proqramının icrası müzakirə olunub



Oktyabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində Gənclər və İdman Nazirliyinin gənclər və idman idarələrinin rəhbərlərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair ictimai müzakirə keçirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Dövlət Proqramının Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən hazırlandığını vurğulayıb. Qeyd edib ki, bu mükəmməl sənəddə Azərbaycan gənclərinin maraqları, onların hərtərəfli inkişafı, beynəlxalq platformalara çıxışı məsələləri tam nəzərə alınıb. Bu da Azərbaycan dövlətinin ölkə gənclərinə yüksək diqqət və qayğısının növbəti bariz nümunəsidir. Sənədin icrası ilə bağlı Əlaqələndirmə Şurasının yaxın günlərdə ilk iclası keçiriləcək. Proqram çərçivəsində görüləcək işlərlə tanış olmaq istəyənlər yenilənəcək veb-sayt vasitəsilə məlumat əldə edə biləcəklər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə gənclər və idman sahələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. R.Abbasov bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də proqramın əhatə etdiyi dövrdə ölkə gəncliyinin inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil edəcək. Bu istiqamətdə hazırlıq prosesinə artıq başlanılıb. Dövlət Proqramı gənclər arasında milli məfkurənin, sağlam həyat tərzinin, peşəyönümlü təhsilin, vətənpərvərliyin təbliğinə böyük təkan verəcək.
Digər çıxış edənlər Dövlət Proqramının ölkə gənclərinin həyatında mühüm rol oynayacağını, onların dünyagörüşünün artırılmasına, fiziki və mənəvi sağlamlıqlarının güclənməsinə, beynəlxalq arenaya inteqrasiyasına təkan verəcəyini vurğulayıblar.
Tədbirdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə gənclərin əsas problemləri, onların həlli yolları, beynəlxalq təcrübə, gənclərlə bağlı həyata keçirilmiş əvvəlki dövlət proqramlarının nəticələri və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Xəbəri paylaş