Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşdi - EKSKLÜZİV



"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşib. Paytaxt təmsilçisi ukraynalı Yuri Maksimovu "sükanı arxası"na gətirəcək.

49 yaşlı ukraynalı mütəxəssisin təyinatı növbəti həftə klubun İdarə Heyətinin iclaısnda rəsmiləşəcək. "Keşlə" ilin sonunadək baş məşqçi postunu tapşırdığı Ramiz Məmmədovu əvvəlki vəzifəsinə - əvəzedici heyətin koordinatoru postuna qaytarmaq fikrindədi.

"Keşlə"ylə danışıqlar üçün bir müddət öncə Bakıya gəlmiş Maksimovla 6 aylıq, yəni cari mövsümün sonunadək müqavilə imzalanacaq. Onun qarşısında konkret vəzifə - avrokuboklara vəsiqə qazanmaq qoyulacaq ki, bu da klubda gələcək taleyinə birbaşa təsir göstərəcək. Yəni "Keşlə"ni Avropaya çıxar, baş məşqçi postunda fəaliyyətini davam etdir. Əks təqdirdə başa çatan anlaşılmanın müddəti uzadılmayacaq.

"Keşlə"nin vəsiqə qazandığı Azərbaycan Kubokunun yarımfnalında rəqibinin gözlənildiyi kimi "Qarabağ"ın yox, sürpriz olaraq "Sumqayıt"ın olması stimulu artırır. Hər halda, qışda heyətini gücləndirəcək keşləlilərin münasib rəqiblə dueldə final şansı artıb. Məlum olduğu kimi, çempionatda 7-ci yerdə gedən "Keşlə"nin Avropa Liqasına vəsiqə qazanması məhz ölkə kubokundan realdı.

Qeyd edək ki, futbolçu karyerası dövründə "Verder"də çıxışıyla tanınan, Kiyev "Dinamo"unun da futbolçusu olan Maksimov məşqçiliyə 2005-ci ildə Minsk "Dinamo"sunda köməkçi olaraq başlayıb. O, 2006-2013-cü illərdə vətənində MOİK, "Obolon", "Krivbass", Donetsk "Metallurq"unun baş məşqçisi olub. Son 4 ildə isə yenidən vətəndən kənarda çalışan Maksimov Rusiyada "Mordoviya" (2013/14) və Qazaxstanda "Taraz" klubunu (2016) çalışdırıb. (Sport24.az)


Facebook-da paylaş

Xəbəri paylaş