Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qəbələ" və "Sumqayıt"dan inamlı qələbə



Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun ilk günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyunu Qəbələdə olub. “Qırmızı-qaralar” doğma azarkeşləri önündə “Səbail”i sınağa çəkib. Görüş gözlənildiyi kimi meydan sahiblərinin rahat qaələbəsi ilə başa çatıb. Debütant 3 qola sadəcə 1-i ilə cavab verə bilib ki, bu da məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

"Qəbələ" bu qələbə ilə bir günlük də olsa, zirvəyə şərik olub.

İlk oyun günü turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sumqayıt”la “Keşlə” arasında matçla yekunlaşıb. Bu görüş qonaqların baş məşqçisi Ramiz Məmmədovun paytaxt təmsilçisindəki debütü ilə əlamətdar olub. "Kimyaçılar" Məmmədovun "siftəsi"ni korlayıblar. İkisi avtoqol, ümumilikdə 4 qolun vurulduğu oyunda meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər. Bu, bakılıların ardıcıl 5-ci məğlubiyyəti olub.

Premyer Liqa
XI tur
4 noyabr (şənbə)

“Sumqayıt” - “Keşlə” - 3:1
Qollar: Denis Silva, 30 (avtoqol), Amil Yunanov, 52, Skarlatake, 71 (avtoqol) - Nizami Hacıyev, 44


“Qəbələ” – “Səbail” - 3:1
Qollar: Famussa Kone, 15; Baqali Dabo, 28, 83 - Eltun Yaqublu, 87


Facebook-da paylaş

Xəbəri paylaş