Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub



Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

BrendSport.az
xəbər verir ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə iki yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş