Əsas Səhifə > Milli komandalar > Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub


Bu gün, 13:29


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

BrendSport.az
xəbər verir ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə iki yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.
Geri qayıt