Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan voleybol millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb



Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.

BrendSport.az
xəbər verir ki, 12-16 may tarixlərində baş tutan hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Bu qarşılaşmaların hər ikisi millimizin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.

Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində yığma bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq millinin burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş