Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirir.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlim-məşq toplanışında legioner həyatı yaşayan bəzi oyunçular yer almayıb. Əvəzində isə düşərgəyə gənc voleybolçular cəlb olunublar.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
Facebook-da paylaş