Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.
BrendSport.az xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Ölkə xaricində olan bir neçə voleybolçu isə yaxın günlərdə məşqlərə qatılacaq.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları mayın 17-19-da Bakıda keçirəcək. Birinci turda rəqiblərimiz Rumıniya və Ukrayna yığmaları olacaq.
Facebook-da paylaş