Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb



Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq Türkiyəyə yola düşüb.

BrendSport.az
xəbər verir ki, yığma təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək. Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyununa da çıxacaq.

Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş