Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək



18–28 iyun tarixlərində Mərakeşin Tanjer şəhərində Optimist sinfi üzrə Dünya Çempionatı keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən ən güclü gənc yelkənçilərin bir araya gələcəyi nüfuzlu yarışda Azərbaycan Su İdman Növləri Federasiyası 5 idmançı ilə təmsil olunacaq.

BrendSport.az
xəbər verir ki, komandamızın heyətində Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli yer alıblar.

Qeyd edək ki, Optimist Dünya Çempionatı gənc yelkənçilər üçün ən mötəbər beynəlxalq yarışlardan biri hesab olunur. Çempionatda iştirak idmançılarımızın beynəlxalq təcrübələrinin artırılması və gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.







Facebook-da paylaş

Xəbəri paylaş