Kanoeçimiz Masters kateqoriyasında ikinci qızıl medalını qazanıb

Kanoeçimiz Masters kateqoriyasında ikinci qızıl medalını qazanıb
BrendSport.az xəbər verir ki, Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğura imza atıb. Masters kateqoriyasında (35–39 yaş) çıxış edən idmançımız birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. Kanoeçimiz iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.
Facebook-da paylaş





















