Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə ölkə birinciliyi başa çatıb.
BrendSport.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar çərçivəsində gənc idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışların U-18 və U-21 kateqoriyaları üzrə qalibləri təsnifat mərhələsinin nəticələrinə uyğun olaraq müəyyən edilib. U-18 kateqoriyası üzrə Zəhra Carçılı və Nurlan Rəhimli birinci, Sümeyyə Bədəlli və Sərdar Vəliyev ikinci, Yağmur Qurbanlı və Hüseyn Məhərrəmov isə üçüncü yeri tutublar.
U-21 kateqoriyasında Fatimə Hüseynli və Əli Qənbərli birinci, Aliyə Əliyeva və Anar Cavadzadə ikinci, Kseniya Butrik və İslam İsmayılov isə üçüncü pillədə qərarlaşıblar. Ölkə birinciliyinin U-15 kateqoriyası üzrə keçirilən mübarizəsində Sona Rüstəmli və Məhəmməd İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məryəm İbrahimli və Əhməd İsmayılov ikinci, Banu Məmmədova və Saleh Məmmədli isə üçüncü olublar.
Sonda yer tutan idmançılara mükafatlar təqdim edilib.



Facebook-da paylaş





















