“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Bu gün Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoxlama oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Matçı Rəvan Həmzəzadə idarə edəcək. Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Komandalar həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gəliblər.
Beləliklə, “Turan Tovuz” və “Fənərbağça” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən qarşılaşacaq.
Facebook-da paylaş





















