Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: Tura iki oyunla start veriləcək



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 18:15-də start götürəcək. Görüşü Cavid Cəlilov idarə edəcək.

Günün son oyununda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Səbail”i qəbul edəcək. 20:30-da başlayacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Qeyd edək ki, III tura avqustun 18-də oynanılacaq “Neftçi” – “Sabah” görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş