Azərbaycan Premyer Liqası: Tura iki oyunla start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Turun açılış matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Günün son oyununda isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.
18:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“ASCO Arena”.
Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.
Facebook-da paylaş