Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: Tura iki oyunla start veriləcək

Azərbaycan Premyer Liqası: Tura iki oyunla start veriləcək


17-02-2024, 10:35


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Günün son oyununda isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq.

Azərbaycan Premyer Liqası

XXIII tur

17 fevral (şənbə)

16:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”.

18:30. “Səbail” – “Araz-Naxçıvan”

Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

“ASCO Arena”.

Qeyd edək ki, XXIII turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” oyunu isə təxirə salınıb.
Geri qayıt