Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Turan Tovuz" komandası "Şamaxı"nı qəbul edəcək.

Hazırda Tovuz təmsilçisi 28 xalla turnir cədvəlində altıncı, “Şamaxı” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb. Matça saat 16:00-da start veriləcək.
Turun son oyununda lider "Qarabağ" və "Kəpəz" üz-üzə gələcəklər. Ağdam təmsilçisi 74 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 25 xal olan “Kəpəz” isə yeddinci sırada qərarlaşıb. Oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Zirə"ni , "Səbail" "Sabah"ı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş