Azərbaycan kuboku: “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək
Futbol üzrə Azərbaycan kuboku yarışlarında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki, “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək. Oyuna saat 16:00-da start veriləcək.
Komandalar indiyədək ölkə kuboku yarışları tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.
Facebook-da paylaş