Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” isə “Səbail”i qəbul edəcək

Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” isə “Səbail”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində daha iki matç oynanılacaq.

BrendSport.az
xəbər verir ki, günün ilk matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” komandası “Qəbələ”ni qəbul edəcək. “Qəbələ” 32 xalla turnir cədvəlində beşinci, Tovuz təmsilçisi 26 xalla altıncı pillədə yer alıb.

Çempionatın məğlubedilməz lideri “Qarabağ” autsayder “Səbail”i sınağa çəkəcək. Son dörd matçda rəqibinə heç bir şans verməyən Ağdam təmsilçisi bu dəfə də qarşılaşmanın aşkar favoritidir. “Qarabağ” 65 xalla turnir cədvəlinin lideridir. Hesabında 17 xal olan “Səbail” isə sonuncudur.

Qeyd edək ki, ilk gündə “Kəpəz”lə “Zirə” heç-heçə (1:1) edib, “Sabah” öz meydanında “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib. Tura martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş