Bu gün Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinin növbəti cavab oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunu keçiriləcək.
BrendSport.az saytı xəbər verir ki, “Neftçi” komandası “Sabah” klubunun qonağı olacaq. Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
“Bakcell Arena”dakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən, heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Qeyd edək ki, dörddəbir finalın digər iki cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Sabah" - "Neftçi" cütünün qalibi yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kuboku yarışında ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ" olub. Ağdam komandası isə növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün güclüsü ilə qarşılaşacaq.
Facebook-da paylaş