Azərbaycan Premyer Liqasında sonuncu dövrəyə start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – dördüncü dövrəyə start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
XXVIII turun açılış matçında “Turan Tovuz” klubu “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
Hazırda Tovuz təmsilçisi 28 xalla altıncı, “Sumqayıt” klubu isə 21 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.
Facebook-da paylaş