Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir



20 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlığını davam etdirir.

BrendSport.az
xəbər verir ki, hazırlıq proqramına uyğun olaraq, milli komandalar Qubada UNEC-in idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi altında keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Ümumilikdə toplanışa 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışının ardından komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Bundan sonra 20 yaşadək qızlardan ibarət yığma hazırlığını ölkə xaricində davam etdirəcək. Toplanışın növbəti mərhələsində komandanın bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.

Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş