Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Ukraynaya məğlub olub



20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.

Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub.

U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş