Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın voleybol yığması Ukraynaya uduzub



18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda yığma Ukrayna ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (9:25, 8:25, 13:25) hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi daha əvvəl Latviya kollektivinə eyni hesabla məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda Şahin Çatmanın rəhbərlik etdiyi komanda Gürcüstan, Litva, Estoniya və Polşa yığmaları ilə də üz-üzə gələcək.

“Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş