Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2024: Daha iki yığma final mərhələsinin bir addımlığında


Bu gün AVRO-2024-ün seçmə mərhələsində IX tura start veriləcək.

BrendAport.az
xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.

A qrupunda final mərhələsinə vəsiqəni təmin etmiş İspaniya və Şotlandiya milli komandaları səfər matçına çıxacaqlar. Onlar müvafiq olaraq, Kipr və Gürcüstan seçmələrinin qonağı olacaqlar.

F qrupunda Azərbaycan millisi İsveçi, Estoniya isə Avstriyanı qəbul edəcək. Bu qrupda da artıq bütün suallara aydınlıq gəlib. Belçika və Avstriya Avropa çempionatında iştirakını rəsmiləşdirib.

G qrupunda final mərhələsinə ikinci vəsiqənin sahibinə bu tur aydınlıq gələ bilər. Monteneqro seçməsi Litva ilə ev oyununda xal itirsə, Serbiya qitə birinciliyində oynamaq hüququ əldə edəcək.

Daha əvvəl bu qrupda Macarıstan yığması final mərhələsinə vəsiqə qazanıb.

Nəhayət, J qrupunda Portuqaliya Lixtenşteynlə, Lüksemburq Bosniya və Herseqovina ilə, Slovakiya isə Rumıniya ilə qarşılaşacaq. Slovakiyalılar ev matçında uduzmasalar, bu qrupda Portuqaliyadan sonra final mərhələsinə vəsiqəni təmin edən ikinci kollektiv olacaq.

AVRO-2024, seçmə mərhələ

IX tur

16 noyabr

A qrupu

21:00. Kipr - İspaniya

21:00. Gürcüstan - Şotlandiya

Xal durumu: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7).

F qrupu

21:00. Azərbaycan - İsveç

21:00. Estoniya - Avstriya

Xal durumu: Belçika - 17 (7), Avstriya - 16 (7), İsveç - 7 (6), Azərbaycan - 4 (6), Estoniya - 1 (6).

G qrupu

21:00. Bolqarıstan - Macarıstan

23:45. Monteneqro - Litva

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6).

J qrupu

23:45. Lixtenşteyn - Portuqaliya

23:45. Lüksemburq - Bosniya və Herseqovina

23:45. Slovakiya - İslandiya

Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya - 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8).

Qeyd edək ki, daha əvvəl Türkiyə, Fransa və İngiltərə də Almaniyanın ev sahibliyi edəcəyi Avropa çempionatına vəsiqə qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş