Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2024: Türkiyə millisi Xorvatiyaya qarşı, Şotlandiya final mərhələsinə vəsiqə qazana bilər




Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun matçlarına start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.

A qrupunda Şotlandiya millisi səfərdə İspaniyanın qonağı olacaq. Digər oyunda Kipr seçməsi Norveçi qəbul edəcək. Britaniyalılar bu tur qitə çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərlər. Bunun üçün özləri İspaniyaya uduzmamalı, Norveç yığması isə kiprlilərlə görüşdə xal itirməlidir.

D qrupunda Latviya millisi Ermənistanı, Xorvatiya seçməsi isə Türkiyəni sınağa çəkəcək. Yeri gəlmişkən, “ay-ulduzlular” yeni baş məşqçisi Vinçentso Montellonun rəhbərliyi altında ilk matçına çıxacaq.

E qrupunda Albaniya Çexiya ilə, Farer adaları Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, İ qrupunda Kosovo Andorranın, Rumıniya isə Estoniyanın qonağı olacaq. Bu qrupun İsrail – İsveçrə oyunu hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.

AVRO-2024-ün seçmə mərhələsi

VII tur

12 oktyabr

A qrupu

22:45. Kipr – Norveç

22:45. İspaniya – Şotlandiya

Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 9 (4), Norveç – 7 (5), Gürcüstan – 4 (5), Kipr – 0 (5)

D qrupu

20:00. Latviya – Ermənistan

22:45. Xorvatiya – Türkiyə

Xal durumu: Xorvatiya – 10 (4) , Türkiyə - 10 (5), Ermənistan – 7 (5), Uels – 7 (5), Latviya – 0 (5)

E qrupu

22:45. Albaniya – Çexiya

22:45. Farer adaları – Polşa

Xal durumu: Albaniya – 10 (5), Çexiya – 8 (4), Moldova – 8 (5) , Polşa – 6 (5), Farer adaları – 1 (5)

İ qrupu

22:45. Andorra – Kosovo

22:45. Belarus – Rumıniya

Xal durumu: İsveçrə - 14 (6), Rumıniya – 12 (6), İsrail – 11 (6), Belarus – 4 (6), Kosovo – 4 (6), Andorra – 2 (6)


Facebook-da paylaş

Xəbəri paylaş