AVRO-2024: Bu gün keçiriləcək 7 oyunla V tura yekun vurulacaq
Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
BrendSport.az xəbər verir ki, üç qrupda baş tutacaq 7 görüşlə V tura yekun vurulacaq.
F qrupunda qərarlaşan Azərbaycan millisi Belçikanı qəbul edəcək. İsveç isə Estoniyanın qonağı olacaq.
C qrupunda itkisiz irəliləyən İngiltərə yığması Ukrayna ilə üz-üzə gələcək.
İ qrupunun ən diqqətçəkən görüşü isə Rumıniyada baş tutacaq. Yerli komanda İsraili sınağa çəkəcək.
AVRO-2024-ün seçmə mərhələsi
V tur
9 sentyabr
C qrupu
20:00. Ukrayna – İngiltərə
22:45. Şimali Makedoniya – İtaliya
Xal durumu: İngiltərə - 12 xal (4 oyun), Ukrayna – 6 (3), İtaliya – 3 (2), Şimali Makedoniya – 3 (3), Malta – 0 (4).
F qrupu
17:00. Azərbaycan – Belçika
20:00. Estoniya – İsveç
Xal durumu: Avstriya – 10 (4), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).
İ qrupu
20:00. Andorra – Belarus
22:45. Rumıniya – İsrail
22:45. Kosovo – İsveçrə
Xal durumu: İsveçrə - 10 (4), Rumıniya – 8 (4), İsrail – 7 (4), Belarus – 3 (4), Kosovo – 3 (4), Andorra – 1 (4).
Facebook-da paylaş