Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq



Azərbaycanın şose velosipedi üzrə milli komandası Avropa çempionatında iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya yollanıb.

BrendSport.az
xəbər verir ki, oktyabrın 2-dən 7-dək keçiriləcək yarışda ölkəmiz elit və gənclər kateqoriyalarında 4 velosipedçi ilə təmsil olunacaq.

Gənclər kateqoriyasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar.

Avropanın müxtəlif ölkələrindən ən güclü velosipedçilərin qatılacağı çempionatda Azərbaycan təmsilçiləri fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş