Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
BrendSport.az xəbər verir ki, yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunacaq.
Həmçinin turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, iyunun 6-9-da təşkil olunacaq qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparacaq.
Facebook-da paylaş