Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

Yarışın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm. Bu standartda böyük bir idman yarışını ərsəyə gətirmək böyük fədakarlıq və zəhmət tələb edir.
BrendSport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, bu yarış hər zaman dünya miqyasında ən güclü idmançıların öz ustalıqlarını göstərmələri üçün möhtəşəm platforma olub: “Bütün üzgüçülərimizə və məşqçilərimizə uğurlar arzulayır, üç gün davam edəcək bu möhtəşəm yarışları səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
Facebook-da paylaş





















