Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun vaxtı dəqiqləşib



Azərbaycanın gələn il ev sahibliyi edəcəyi üzgüçülük üzrə Dünya Kubokunun vaxtı dəqiqləşib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm yarışın 2026-cı ilin 1-3 oktyabr tarixlərində Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdman Sarayında təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənddə (Özbəkistan), 15-17 oktyabrda isə Astanada (Qazaxıstan) keçiriləcək.





Facebook-da paylaş

Xəbəri paylaş