Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar



İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində Azərbaycan idmançıları 5 qızıl və 1 gümüş medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, oktyabrın 3-4-də təşkil olunan yarışda gimnastlarımız fərdi və sinxron proqramlarda mükafatçılar sırasında yer alıblar.

Sinxron proqramda 13-14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medal qazanıblar. 15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17-21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medala layiq görülüblər.

Fərdi proqramda Hüseyn Abbasov 57,950, Ammar Baxşalıyev isə 53,300 xalla qızıl medal qazanıb. Muhamməd Həsənli 49,290 xalla gümüş medala sahib olub.






Facebook-da paylaş

Xəbəri paylaş