Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gimnastlarımız Vavel beynəlxalq turnirində uğurla çıxış ediblər

Gimnastlarımız Vavel beynəlxalq turnirində uğurla çıxış ediblər


Azərbaycan yığma komandasının üzvləri Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində uğurla çıxış ediblər.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gimnastlarımız turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüblər.
Komandamızın üzvü Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) qızıl, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) gümüş, Adil Hacızadə (böyüklər, tamblinq) isə bürünc medala sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş