Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya kuboku yarışlarında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib

Dünya kuboku yarışlarında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışlarında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, qadınlar arasında sinxron cütlüklərin yarışında Braziliya batutçuları 46,340 xalla birinci olublar. Ukrayna komandası 46,010 xalla gümüş, ABŞ atletləri isə 44,500 xalla bürünc medal qazanıblar.

Kişilərin mübarizəsində Qazaxıstan təmsilçiləri 51,940 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Almaniyalı idmançılar 51,080 xalla yarışı ikinci, Portuqaliya batutçuları isə 50,730 xalla üçüncü pillədə başa vurublar.

Azərbaycan Gimnastika Federasiyasının 2023-cü ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə ölkəmizlə yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparıb.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunub.


Facebook-da paylaş

Xəbəri paylaş