Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi batutçular Bakıda dünya kuboku yarışlarında mübarizəyə başlayıblar

Kişi batutçular Bakıda dünya kuboku yarışlarında mübarizəyə başlayıblar

Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışları başlayıb.

BrendSport.az
xəbər verir ki, turnirin birinci günündə kişi və qadın batutçular fərdi və sinxron cütlüklər üzrə təsnifat mərhələsində güclərini sınayacaqlar. İlk olaraq batut üzərinə kişi idmançılar fərdi proqram üzrə çıxıblar.

İki gün davam edəcək turnirdə ölkəmizi Selcan Mahsudova təmsil edəcək.

Böyüklər arasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunur.

İki gün davam edəcək yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.


Facebook-da paylaş

Xəbəri paylaş