Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçiriləcək dünya kuboku yarışlarında Bolqarıstanı iki gimnast təmsil edəcək

Bakıda keçiriləcək dünya kuboku yarışlarında Bolqarıstanı iki gimnast təmsil edəcək

Bolqarıstan milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, böyüklər arasında təşkil olunacaq yarışda iki bolqarıstanlı batutçu – Marian Mixalev və Xristina Peneva medallar uğrunda mübarizə aparacaq.

Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.


Facebook-da paylaş

Xəbəri paylaş