Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçirilən dünya kuboku yarışında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib

Bakıda keçirilən dünya kuboku yarışında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışında sinxron cütlüklər arasında qaliblər müəyyənləşib.

BrendSport.az
saytı xəbər verir ki, qadınlar arasında sinxron cütlüklərin yarışında Türkiyə batutçuları 44,140 xalla birinci olublar. İsveç komandası 42,030 xalla gümüş, rusiyalı atletlər isə 32,790 xalla bürünc medal qazanıblar.
Kişilərin mübarizəsində Belarus təmsilçiləri 52,810 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rusiyalı idmançılar 59,820 xalla yarışı ikinci, Portuqaliya batutçuları isə 49,960 xalla üçüncü pillədə başa vurublar.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edib. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilib.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan təşkil edilib.


Facebook-da paylaş

Xəbəri paylaş