Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarına yekun vurulub

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarına yekun vurulub

Fevralın 17-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışına yekun vurulub.

BrendSport.az xəbər verir ki, turnirdə 30 ölkədən 160-dan artıq atlet birincilik uğrunda mübarizə aparıb.
Turnirin ikinci günündə batut gimnastikasının fərdi və sinxron proqramları, həmçinin tamblinq üzrə final yarışları keçirilib.
Azərbaycan idmançısı Mixail Malkin tamblinq yarışlarının final mərhələsində 74,600 xalla gümüş medal qazanıb. Dünya Kuboku yarışlarının qalibi adına 75,100 xalla rusiyalı Vadim Afanasyev sahib çıxıb. İlk üçlüyü 72 xalla daha bir rusiyalı gimnast Maksim Riabikov tamamlayıb.
Qadın batutçular arasında fərdi proqram üzrə yarışlarda Çin idmançısı Linqlinq Liu 57,050 xalla dünya kuboku yarışlarının qalibi olub. Kanadalı dünya çempionu Rosannaq Maklenan 56,245 xalla yarışı ikinci, Yaponiya gimnastı Çisato Doihata isə 55,800 xalla üçüncü pillədə başa vurublar.
Belarus idmançısı Vladislav Xançarov kişi batutçular arasında fərdi proqram üzrə yarışlarda 61,590 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çinli Donq Donq 60,320 xalla gümüş, yaponiyalı Daiki Kişi 59,365 xalla bürünc medal qazanıblar.
Qadın batutçular arasında sinxron proqram üzrə yarışlarda belaruslu Valentina Baxamolova və Anjelina Xaçan 47,420 xalla birinci olublar. Avstraliya təmsilçiləri Kira Uard və Yeva Kiera 46,950 xalla gümüş, braziliyalı Kamilla və Alisa Qomeslər isə 46,790 xalla bürünc medal əldə ediblər.
Yaponiyalı gimnastlar Daiki Kişi və Ryosuke Sakai kişi batutçuların sinxron proqramında qalib gəliblər. Onlar 52,430 xalla Dünya Kuboku yarışlarının çempionu adını qazanıblar. Belaruslu Vladislav Xançarov və Oleq Rabtsov 52,280 xalla ikinci, ABŞ gimnastları Kodi Qesuelli və İsak Rovley 50,300 xalla üçüncü pillədə qərarlaşıblar.
Dünya Kuboku yarışlarında ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib. Kubok ilə Azərbaycan gimnastı Mixail Malkin, Çin təmsilçiləri Qianqi Lin və Siao Tu təltif olunub.
2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan batut gimnastikası üzrə səkkiz Dünya Kuboku yarışı keçiriləcək. Bakı bu turnirlərdən ikisinə ev sahibliyi edəcək.
Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya Kuboku yarışları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib. Dünya Kuboku yarışının Olimpiadaya təsnifat xarakteri daşıması builki turnirə marağın artmasına səbəb olub.


Facebook-da paylaş

Xəbəri paylaş